Dünyanın 85 ölkəsində itkin düşmə halları var

10:57 | 02.10.2024
Dünyanın 85 ölkəsində itkin düşmə halları var

Dünyanın 85 ölkəsində itkin düşmə halları var

İtkin düşmə və ya məcburi yoxa çıxma problemi qlobal bir problemdir və bu kimi halların yaratdığı məyusluq  yalnız itkin düşən şəxslərin yaxın qohumları ilə məhdudlaşmır, eyni zamanda bütün millətlərə və cəmiyyətlərə dərin təsir edir. Bunu Nizami Gəncəvı Beynəkxalq Mərkəzinin Üzvü Qırğlzıstan Respublikasının sabiq baş  naziri Comərd Otorbayev bildirib.

Onun sözlərinə  görə, dünyanın ən azı 85 ölkəsində bu hallar baş verib.

Onun fikrincə, ölkələr üç istiqamətdə fəaliyət göstərməlidir.

Birincisi, həm qlobal, həm də milli səviyyədə bu mövzuda məlumatlılığı artırmaq, ikincisi - dünyanın müxtəlif yerlərində bu cür halların təcrübələrini öyrənmək, üçüncüsü  isə, dialoqu  davamlı bir prosesə çevirmək lazımdır. 

"Bu fəaliyyət gələcəkdə real nəticələr verəcək”, - Otorbayev bildirib.

Onun fikrincə, təcrübə mübadiləsi məsələsinə gəldikdə, həqiqətən də ideya mübadiləsi son dərəcə vacibdir.

"Əvvəlki konfransdan keçən bir il ərzində hər biriniz nəticələri necə yaxşılaşdırmaq barədə çox çalışdınız və bu gün daha çox şey öyrənəcəyik. Sonuncu məqamda isə biz müzakirələrimizdən sonra bu prosesi necə davamlı edəcəyimizi razılaşdırmalıyıq.Bu da bizim üçün itkin düşmüş və ya yoxa çıxmış şəxsləri tapmaq üçün işimizi davam etdirməyə imkan verəcək”, - o bildirib.

N.Təbrizli
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM