Dünyanın ən orijinal zavodu REPORTAJ

14:40 | 09.12.2015
Dünyanın ən orijinal zavodu – REPORTAJ

Dünyanın ən orijinal zavodu REPORTAJ

Rüstəm Qasımov

Tullantılardan gözəlcəsinə qurtulmaq yolu...

Zibilyandıran zavodun şəhərin ən görkəmli məkanlarından biri olacağı kimi ağlına gələrdi. Belə bir şey Vyanada mümkündür. 
Bu gün biz sizə Avstriya paytaxtının mərkəzində yerləşən "Şpitellau” zavodundan fotoreportaj təqdim edəcəyik. 

Zavod 1992-ci ildə dahi avstriyalı memar və rəssam Fridensrayx Hundertvasserin layihəsi əsasında inşa edilib. Hundertvasser memarlığa qeyri-adi yanaşmasıyla seçilirdi, bərabər xətlərdən qaçırdı və hesab edirdi ki, binanı tikmək yox, yetişdirmək lazımdır. Məsələn, o iş görərkən, ancaq təbii materialdan istifadə edirdi, məsələn, kərpicdən, gildən və s. Onun bənzərsiz sənət əsərlərini çox asanlıqla digərlərindən fərqləndirmək olar. 
 


Biraz binanın tarixi barədə. Əvvəlcə memar "utilizator” məsələsinə qarşıydı, ancaq sonrada daim yenilənən texnologiyadan istifadə ediləcəyinə və yanan zibilə görə Vyananın 60 min mənzilinin istiliklə təmin ediləcəyinə söz verildikdən sonra, Hundertvasser binanı dizayn etməyə razılıq verdi. Təsadüfi deyil ki, məhz belə keyfiyyətlərinə görə Vyana Avropanın ən təmiz şəhərlərindəndir. 

Əvvəlcə memar zibilyandıran zavod ideyasına prinsipialcasına qarşı çıxırdı. 

Ancaq ona zavodun inşası zamanı ən yeni texnologiyadan istifadə ediləcəyinə, onun ən ciddi ekoloji tələblərə cavab verəcəyinə dair söz verdilər. Və verilən sözə də əməl etdilər, hazırda Avstriyanın zibilyandırma texnologiyası qiymətləndirilir və bütün dünyada satılır. Zavodun layihələşdirilməsi və inşası zamanı böyük şəhərin bütün zibilinin yandırılmayacağı nəzərə alınmışdı. Beləliklə də, qərara alındı ki, zavod şəhərin zibilinin əhəmiyyətli hissəsini yandıracaq və Vyananın bir neçə rayonunu istiliklə təmin edəcək. 
 


Memarın bəşəri sənətin incilərindən biri olan əsərinə görə, hər il çox sayda turist bu zavoda baxmağa gəlir. 

Hazırda zavod mədəni mərkəzlərdən biri hesab edilir, onun vestibülündən sənət əsərlərini sərgiləmək üçün istifadə edirlər. Bundan başqa, hər il yayda zavodun həyətində folklor festivalı keçirilir. 

Görkəmli memar Hundertvasser bir daha sənaye müəssisənin belə sənət əsərinə çevriləcəyini nümayiş etdirib. Vyanada bu məkanı tapmaq çətin deyil, o, «Spittelauer Lande 45, Вена 1090 , Австрия» ünvanındadır. Zavod "Şpittellau” metro stansiyasının yaxınlığındadır. 

Xoş seyrlər: 
 




























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM