Dünyanın ən qədim silivizasiyasının adı açıqlandı

10:48 | 04.06.2016
Dünyanın ən qədim silivizasiyasının adı açıqlandı

Dünyanın ən qədim silivizasiyasının adı açıqlandı

Hindistanlı geofiziklər və arxeoloqlar Hind sivilizasiyasının dünyada ən qədim olduğuna dair sübutlar təqdim ediblər.

Tədqiqat Scientific Reports jurnalında dərc olunub, Oxu.Az xəbər verir.

Alimlərin yeni işinə əsasən, Hind sivilizasiyası əvvəl hesab olunduğu kimi 5,5 min il yox, ondan 2,5 min il daha əvvəl yaranıb.

Mütəxəssislərin rəyi təsdiqləndiyi təqdirdə bu, onu Mesopotamiya və Qədim Misirin yüksək inkişaf etmiş dövlətlərindən daha qədim edir.

Qeyd edək ki, Hind (Harappa) sivilizasiyası Hind çayının vadisində mövcud olub. 

Onun şəhərlərində kanalizasiya və ictimai tualetlər, kəndlərində isə suvarma sistemləri olub. Mədəniyyətin ən çox ehtimal edilən nümayəndələri dravid dillərinin daşıyıcıları olublar. 

Hind sivilizasiyası eramızdan əvvəl 17-ci əsrdə tənəzzülə uğramağa başlayıb. 

Bunun əsas səbəblərindən biri kimi müasir iranlı və hindlilərin babalarının müdaxiləsi göstərilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb