İsveçrəni İtaliya ilə birləşdirəcək 57 kilometr uzunluğundakı Gothard tunelinin tikintisi bitib. Açılışı gələn il iyun ayının 1-ə planlaşdırılan tuneldə son tamamlanma işləri aparılır və sınaq keçirilir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, tunelin tikintisinə 1996-cı ildən başlanılıb və 2011-ci ildə qazıntı işləri sona çatıb.
Tunel istifadəyə verildikdən sonra Sürixdən Milan şəhərinə çatmaq üçün cəmi 2 saat 40 dəqiqə vaxt lazım gələcək. Tunelin içərisində qatar saatda 250 kilometr sürətlə hərəkət edə biləcək.
Bu dəmiryol xəttinin istifadəyə verilməsi həm də yükdaşıma xidmətinin daha da vüsət almasına səbəb olacaq. Hazırda ölkələr arasındakı yükdaşıma dövriyyəsi 28 tondur və gələn il bunun 40 tona qədər artırılması proqnozlaşdırılır.
Tuneldə iki dəmir yol xətti var. Qarşılıqlı şəkildə qatarlar o tərəf-bu tərəfə rahat hərəkət edə biləcək. Layihə ilə bağlı müzakirələrin tarixi 50 il hesab olunur. 1992-ci ildə bu layihə ilə bağlı hər iki ölkədə hətta referendum da keçirilib. İndiyə kimi bu layihəə 1800 nəfər çalışıb və xüsusi havalandırma sistemi mövcuddur. Layihə müəllifləri bildiriblər ki, tuneldə 28 dərəcəlik istilik daim qorunub saxlanacaq. Əgər xüsusi havalandırma sistemi olmazsa, bu zaman insanlar 45-50 dərəcəyə qalxan istiliklə üz-üzə qala bilərlər.
Hər iki ölkənin dövlət rəsmiləri bu tunelin inşaasını "əsrin layihəsi" adlandırıblar. Tam istifadəyə verildikdən sonra layihənin 10 milyard İsveçrə frankına başa gələcəyi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !