ABŞ Dövlət Departamenti Qarabağda baş verən hadisələrlə bağlı hesabat hazırlayır. Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun müavini Ceyms O`Brayen deyib.
"Biz Qarabağda baş verən son hadisələrlə yanaşı, daha əvvəl baş verən proseslərlə bağlı da şəffaf bir hesabat hazırlayırıq", - o bildirib.
Brayen vurğulayıb ki, bununla bağlı prosesə müstəqil müstəntiqlər cəlb olunub.
Deputat Elman Nəsirov bildirir ki, Dövlət Departamentinin mövqeyi ondan ibarətdir ki, əslində Ermənistan sülh istəyir, lakin Azərbaycan istəmir.
"Bu qərəzli bir mövqedir. Halbuki Azərbaycan tərəfi artıq beşinci dəfədir ki, öz təkliflərini Ermənistan tərəfinə bildirib və son təklifləri təqdim etməsinə baxmayaraq, iki ay vaxt keçsə də, sülhdən danışan Ermənistan hələ təkliflərə reaksiya belə bildirməyib. Bununla da məlum olur ki, kim sülh istəyir, kim istəmir”, - o vurğulayıb.
Deputatın sözlərinə görə, ABŞ Azərbaycana hərbi yardımların dayanacağı ilə bizi hədələmək istəyir.

"Azərbaycan Ermənistan ərazisini tutmayıb, zəbt etməyib ki, Azərbaycanı bu işlərinə görə ittiham etsin. Əksinə Amerika Birləşmiş Ştatların özünün də üzv olduğu Atət-in Minsk qrupunun həmsədrlərinin qeyd edə bilmədiklərini Azərbaycan edir. Amerika Birləşmiş Ştatlarının üzv olduğu BMT təhlükəsizlik şurasının dörd qətnamələrini özləri icra edə bilmir. Halbuki, BMT nizamnaməsinin 25-ci maddəsində aydın şəkildə yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası icbaridir. Yəni məcburidir. Xoşun gəlir, ya gəlmir söhbəti yoxdur. Bəs bu 25-ci maddəni Amerika birləşmiş ştatları niyə görməzdən gəlir?
Azərbaycanla hərbi sahədə əməkdaşlığı dayandırıb, Ermənistanlami hərbi əməkdaşlıq genişləndirmək istəyirlər? Ermənistanı Fransa kimi yenidənmi müharibəyə hazırlayırlar? Belə gedəcəyi təqdirdə Birləşmiş Ştatların da bu prosesə qoşulaması və eyni zamanda Fransa kimi Kanadanın da, Birləşmiş Ştatların da Ermənistana hərbi baxımdan Dəstək verməsi istisna deyil. Hər şey gül kimi aydındır. Deməli Birləşmiş Ştatlar və onun Qərb bloku üzrə müttəfiqləri Fransa və Kanada başda olmaqla Ermənistanı Üçüncü Qarabağ müharibəsinə hazırlamaq istəyirlər və yaxuda ki, Cənubi Qafqazın Ukraynalaşdırma prosesinə start veriblər. Necə Ukrayna hansı duruma düşüb onu etmək istəyirlər. Oxşar vəziyyəti Cənubi Qafqazda tətbiq etmək istəyirlər, ictimaiyyət də bundan narahatdır”, - Nəsirov vurğulayıb.
Millət vəkili hesab edir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin bu hesabatı Amerikanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, eyni zamanda BMT təhlükəsizlik şurasının daimi üzvlərinə ziddir.
"Biz izləyirik, kəskin mövqeyimizi bildiririk. Bu davranış regiona sülh deyil, Təhlükəsizlik tədbirləri deyil, sadəcə müharibə vəd edir. Və bunun bütün məsuliyyəti də Birləşmiş Ştatların və onların müttəfiqlərinin üzərinə düşür”, - o qeyd edib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, ümumi diaspora çox yüksək şəkildə fəaliyyətə keçib.
"4 minlik, bilirsiniz rüşvət qalmaqalı ilə vəzifədən kənarlaşdırıldı. Bu onun siyasi bağlantılarından olan Ceyms Brayn, Ceyms Kin və digərlərinin başlatdığı prosesdir. Yəni, bütün hallarda bunu zəncirvarı gedişat elədilər. Yalnız bu deyil, Azərbaycana qarşı hücumu ABŞ-ın Nümayəndələr Palatası, Fransa və Ermənistan birlikdə kurasiya edirlər”, - o əlavə edib.
Ekspert hesab edir ki, Qərb Azərbaycanı və Rusiyanı tabloda bərabər görmək istəyinə görə belə davranıb və ermənilərin xahişi ilə Azərbaycanı sanksiyaya məruz qalacaq ölkə qisminə gətirməyə çalışırlar.
"Bununla da Azərbaycanın gəlirində olan neft-qaz sənayesinə böyük ölçüdə sanksiya tətbiq etməyə çalışırlar. Azərbaycan Qərbin direktivlərini qəbul etmir, onun təklifləri əsasında sülh danışıqlarını Azərbaycan qəbul etmir. Azərbaycan ona görə qəbul etmir ki, Nümayəndələr Palatasında Dağlıq Qarabağdakı erməni əhali ilə bağlı məsələləri gündəmə çıxarırlar. Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü şübhə altına alırlar. Azərbaycanı etnik təmizləmədə ittiham etməyə cəhd edirlər. Azərbaycanla bağlı məsələni beynəlxalq məhkəmələrin gündəminə daşıyırlar. Bunun arxasında ABŞ və Fransada olan siyasətçilər dayanır. Belə olan təqdirdə Azərbaycanın mövqeyi anlaşılandır, amma onların qərəzli mövqeləri sülh müqaviləsinə bu vasitələr ilə məcbur etmə istəyi baş tutmayacaq. Qərb platforması həqiqətəndə sülhün bağlanması üçün mərkəzə deyil, münaqişənin sifarişinin verilməsi mərkəzinə dönmək üzrədir”, - Əziz Əlibəyli qeyd edib.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib.
Aytac Zeynalova
Aygün Miraakif
Bizi sosial şəbəkələrdə izləyin !