2023-cü ilin iyununda keçmiş Şuşa həbsxanasının ərazisində aşkarlanan kütləvi məzarlıqlarda tapılan qalıqların tədqiqi nəticəsində onların mənsubiyyəti qismən müəyyən edilib. Bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.
Onun sözlərinə görə, itkin düşən 15 nəfərin şəxsiyyəti artıq müəyyənləşdirilib.
"İtkin düşmüş 4000 nəfərlə müqayisədə bu rəqəm azdır, lakin bu, hələ başlanğıcdır. Proses davam edir. Məlumdur ki, onlardan 11-i hərbi qulluqçu, 4-ü mülki şəxsdir", - Axundov bildirib.
2023-cü ilin iyununda keçmiş Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. Avqustun 1-dən 15-dək aparılan qazıntılar nəticəsində 17 nəfərin qalıqları aşkarlanıb.
Bundan əvvəl Ağdam rayonunun Sarıcalı kəndində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində də kütləvi məzarlıqlar aşkar edilib.
Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və s. işğaldan azad edilmiş yaşayış məntəqələrində də kütləvi məzarlıqlar tapılıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !