Dövlət qurumlarının mətbuatla pis işləməsi anlaşılmazlıqlara səbəb olur

19:21 | 03.12.2013
Dövlət qurumlarının mətbuatla pis işləməsi anlaşılmazlıqlara səbəb olur

Dövlət qurumlarının mətbuatla pis işləməsi anlaşılmazlıqlara səbəb olur

Taarif şurasının bu qərarı ölkədə şok effekti yaradıb. 

Hələ bir ay əvvəl 2014-cü ilin büdcə layihəsinin Milli Məclisdə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov qiymətlərin artacağı barədə açıqlama versə də, Taarif Şurası bunu qətiyyətlə inkar etmiş və heç bir qiymət artımın gözlənilmədiyini bildirmişdi. 

Bundan sonra Stardartlaşdırma, Metrolologiya və Patent Üzrə Dövlət komitəsinin sədri Ramiz Həsənov da benzinin qiymətinin artacağı barədə bəyanatları da Taarif Şurasının əks cavabı ilə müşayiət olunmuşdu. 

Nəhayət, Taarif Şurasının bu gecə saat 00:00-da açıqladığı qərar ərəfəsində xəbərçinin saat 21:00 buraxılışında biz yanacağın qiymətlərının artmayacağı barədə Nazirlər Kabinetindən aldığımız məlumatı təqdim etmişik. Əslində, ANS bu barədə əldə etdiyi qeyri-rəsmi məlumatları dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə müraciət etsə də, bizə israrla heç bir artımın olmayacağı barədə məlumat verildi. Sonda isə göründüyü kimi dövlət qurumlarının mətbuatla pis işləməsi belə nəticələr verir və anlaşılmazlıqlara səbəb olur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM