• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

DYP-dən sürücülərə MÜRACİƏT!

DYP-dən sürücülərə MÜRACİƏT!
19.08.2020 10:36
DİN Baş DYP İdarəsinin şöbə rəisi Kamran Əliyev nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində yeni istifadəyə verilmiş müayinə mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar hüquqi və fiziki şəxslərə müraciət edib.
Anews.az xəbər verir ki, müraciətdə deyilir:

"DİN Baş DYP İdarəsi istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış və ya qanunvericiliklə nəzərdə tutulmuş texniki baxış müddəti bitmiş avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində (Sədərək Ticarət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində də nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

Sürücülərin diqqətinə çatdırılır ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Texniki baxışa təqdim olunan nəqliyyat vasitələri "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:25
Sabah bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 23:09
Şəmkirdə yaşayış binasındakı yanğın söndürülüb - Yenilənib
ANAMA-nın əməkdaşı Füzulidə qəzaya düşüb, xəsarət alanlar var
Cəmiyyət 22:40
ANAMA-nın əməkdaşı Füzulidə qəzaya düşüb, xəsarət alanlar var
Laçında insan sümüklərinə bənzər skelet qalıqları tapılıb
Cəmiyyət 21:19
Laçında insan sümüklərinə bənzər skelet qalıqları tapılıb
Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəlib
Cəmiyyət 19:51
Ukraynalı uşaqlardan ibarət növbəti qrup Azərbaycana gəlib
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Cəmiyyət 19:31
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb
Cəmiyyət 19:19
Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
Cəmiyyət 18:06
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi yekunlaşıb
Bəxtiyar Hacıyevə ADY-də vəzifə verildi
Cəmiyyət 17:52
Bəxtiyar Hacıyevə ADY-də vəzifə verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol