Yol polisi Qax rayonunda reyd keçirib.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı keçirilən reyd Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) alayının 5-ci tağımının əməkdaşları tərəfindən təşkil edilib.
YPX inspektoru Ramin Soltanov "Report"a bildirib ki, reydin keçirilməsində məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaqdır: "Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən,təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 80-dən çox sürücü məsuliyyətə cəlb olunaraq barələrində inzibati qaydada protokollar tərtib edilib".
YPX əməkdaşı bildirib ki, reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !