• $
  • £

Ədəbiyyatçılar hansı kanallara baxır? - MÜSAHİBƏ

Ədəbiyyatçılar hansı kanallara baxır? - MÜSAHİBƏ
29.05.2020 02:34
Ədəbiyyatçılarımız Azərbaycan telekanallarından hansıları izləyir, hansı verilişləri bəyənirlər, təklif və iradları nədir? Bu suallara cavab tapmaq üçün Kult.az portalı mütəmadi yazarlar arasında kiçik sorğu-müsahibələr keçirmək qərarına gəlib. Layihə çərçivəsində ilk qonaq  şair  Səlim Babullaoğludur.- Hansı telekanallara baxırsız?- Əslində məni mütəmadi bir telekanala baxan bir teleseyrçi hesab eləmək olmaz. Çünki bu və ya digər dərəcədə bütün telekanallara az da olsa baxmağa çalışıram. AzTv-də və ATV-də xəbərləri daim izləməyə çalışıram. İTV-də tematik verilişlərə, "Ortaq məxrəcə”,   "Yeni gün” proqramlarına, Space də "Mədəniyyət saatı”na, Mədəniyyət kanalında ədəbiyyyatla bağlı verilişlərə baxmağa çalışıram. - Bizim teleməkanı necə qiymətləndirirsiz? Kanallarda dəyişiklik, yenilik, inkişaf hiss olunurmu?- Sizin suala obyektiv cavab vermək üçün gərək bütün kanalların proqramlarını daim, ardıcıl izləyəsən. Mənsə bunu eləmirəm. Bir də televiziya mütəxəssisi  deyiləm, amma öz düşüncələrimi bölüşə bilərəm.  Məncə son dövrlər ən böyük dəyişiklik ATV-dədir. Məsələn, ATV-nin Xəbərləri çox fərqlidir, müxtəlif  bloklar, bloklararası keçidlər çox orijinaldır,  dinamik təqdim olunur, aktual və çağdaş görünür. Orxan Fikrətoğlunun "Nə xəbər?”dəki şərhləri,  telepublisistikası, Ceyhun Əlinin xüsusi reportajları mənim üçün maraqlıdır.  Məsələn, Lalə Əliyevanın "Günlərin bir günü” proyekti məncə uğurludur. İki buraxılışına baxdım. Yaxud, məsələn Mir Səmədin səyahətlərlə bağlı verilişinin iki sayına baxmışam. Gecə kanalları dəyişirdim, birdən gördüm və  axıradək baxdım. Çox xoşuma gəldi. Ümumiyyətlə, baxın, bu adlarını çəkdiyim aparıcıların hamısı məncə ilk növbədə ona görə maraqlıdırlar ki, sözlə düzgün davranırlar. Əlbəttə, mən ədəbiyyatçıyam, bəlkə televiziyalar üçün bu göstərici heç də birinci deyil.- ATV bizim bəzi dünya kanallarında izlədiyimiz proqramları belə deyək, milliləşdirdi.  Fort Boyard məsələn...- Düzdür... Məncə bunlar uğurlu proyektlərdir. Özü də təkcə bir porqram kimi yox, həm də bir proses kimi. Ədəbiyyatla bir analogiya aparım. Məsələn, ədəbiyyatçının formada qalması üçün onun tərcümə işinə cəlb olunması çox vacibdir. Bu onu gələcək üçün yetişdirir. Fort Boyard da məncə bu mənada maraqlı idi. Belə proyektlər  həm aparıcıların, həm rejissorların, həm də prodüsserlərin yetişməsi üçün məncə əla fürsət yaradır. Şəxsən mənim üçün o proyektdə maraqlı olan tərəflərdən biri ATV aparıcılarının bir çoxunun  bir araya gəlməsi  və necə görünməsi idi.-Nə çatışmır bizim telekanallarda?- Ədəbiyyat çatışmır. Ədəbiyyat çox azdır. Kitabdan çox az danışırıq. Bəzən reytinq məsələləri çox dartıışılır. Amma düşünmürəm ki, əl-qolu yana sallamaq lazımdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Mədəniyyət 18:10
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Mədəniyyət 18:45
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol