"Ədliyyə Nazirliyindn bizə daxil olan məlumatda deyilir ki, 986 nəfər telefon zəngi nəticəsində məlum olub ki, onlar partiya üzvlüyünü təstiq etmək istəmirlər. Bu tamamilə gülünc bir prosedurdur və heç bir hüquqi əsası yoxdur", - partiya sədri iyulun 20-də keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, vətəndaşlara zəng edilməsi tamamilə qanuna ziddir.
"Sən ölkənin işini-gücünü burax və 5 min nəfərə zəng elə ki, sen partiyanın üzvüsən ya yox. Əgər istəyirlərsə 986 nəfəri çağırsınlar Ədliyyə Nazirliyinin qarşısına və hər birinə ərizə yazdırsınlar. Bununlada daha bir qorxutma kompaniyası aparsınlar. Mən bizim partiyaya üzv olan bəzi şəxslərlə danışdım. Onların bir qismi bildirdi ki, bizə ümumiyyətlə zəng gəlməyib, digər qismi isə dedi ki, zəng gəlib amma biz üzvlüyümüzü təsdiq etmişik. Bu da onu göstərir ki, prosedurun nəticələri ziddiyyətlidir", - İlqar Məmmədov vurğulayıb.
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib.
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.
Eltac
Sədr bildirib ki, bütün bunlara baxmayaraq biz Ədliyyə Nazirliyi ilə bu məsələdə konstruktiv əməkdaşlığa hazırıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !