"Taliban” hərəkatı avqustun 15-i paytaxt Kabili ələ keçirərək, bütün ölkə ərazisinə nəzarət etdiyini elan edib.
"Qafqazinfo”nun məlumatına görə, "Taliban” hakimiyyətə gəldikdə öz mövqelərinin "yumşalması” barədə vədlər verib.
Onların sözlərinə görə, "əfqan qaydaların və islam dəyərlərinə” uyğun olaraq qadın hüquqlarına hörmət edəcəklər. Lakin hələlik Əfqanıstanda qadınların hüququ istiqamətində əhəmiyyətli addımların atıldığını görmək çətindir.
"Reuters” agentliyinin yeni fotoları sayəsində isə Əfqanıstanda "Taliban” rejimi dövründə sakinlərin necə yaşadığı barədə az-çox təsəvvürə malik olmaq mümkündür.
Fotolardan Kabilin attraksion parkında gənc qızların necə əyləndiyini, qadınların çörək növbəsində necə gözlədiklərini, kişilər arasında küçə döyüşlərinin ümumi mənzərəsini görmək mümkündür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !