• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Əhaliyə ŞAD XƏBƏR - 21 dekabrdan -30-na qədər...

Əhaliyə ŞAD XƏBƏR - 21 dekabrdan -30-na qədər...
07.12.2019 16:14
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” (ATT) ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov və qurumun digər vəzifəli şəxsləri Kürdəmir və Yevlax rayonlarında yerli fermerlərlə görüş keçirib.
 
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) baş tutan görüşlərdə fermerlərə ATT-nin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verilib, onların problemləri dinlənilib.
 
Görüşdə çıxış edən Sərxan Sərxanov ATT-nin fəaliyyəti barədə məlumat verib fermerləri əməkdaşlığa və həyata keçirilən layihələrdə aktiv iştiraka dəvət edib:"ATT-nin əsas vəzifəsi insanlarımızı təhlükəsiz qida ilə təmin etməkdir. Bu vəzifəni sizin dəstəyiniz olmadan həyata keçirə bilmərik. Eləcə də siz bizim dəstəyimizlə təsərrüfatınızı inkişaf etdirə, daha çox məhsul yetişdirə və gəlirlərinizi artıra bilərsiniz. Hər birinizi birgə əməkdaşlığa dəvət edirəm. Sizinlə olan əməkdaşlığımız nəticəsində bu gün biz çoxlu sayda dövlət qurumlarının və özəl müəssisələrin qida təchizatını həyata keçiririk. Təchizat prosesi dövlət vəsaiti ilə birbaşa siz fermerlərdən tədarük edilən kənd təsərrüfatı və qida məhsulları hesabına baş tutur”. Sərxan Sərxanov çıxışında ATT-nin həyata keçirdiyi layihələrə və Yeni il bayramı ilə əlaqədar təşkil olunacaq bayram yarmarkasına da toxunub: "Biz hal-hazırda sizə alternativ satış kanalları və əlavə gəlir qazandırmaq üçün "Kənddən Şəhərə”, "Şəhərdən Kəndə” və AFAQ layihələrini həyata keçiririk.
 
"Kənddən Şəhərə” layihəsinə qoşulmaqla siz Bakıda hər həftəsonu təşkil olunan yarmarkalarda ödənişsiz iştirak edə və satış mərkəzlərimizdə öz məhsullarınızı paytaxt sakinlərinə təqdim edə bilərsiniz. Qeyd edim ki, 21-30 dekabr tarixlərində isə Bakının 5 müxtəlif nöqtəsində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq. Hər birinizi bu yarmarkalarda iştiraka dəvət edirəm. "Şəhərdən Kəndə” aqroekoturizm layihəsi isə sizə təsərrüfatınızda yerli və xarici turistləri qəbul etməklə əlavə gəlir qazandıracaq. AFAQ isə qadınları dəstəkləyən bir layihədir. Biz istəyirik ki, aqrar sahədə fəaliyyət göstərən qadınların sayı daha çox, problemləri isə daha az olsun”.
 
Sonda isə Sərxan Sərxanov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) bəhs edib, fermerləri yeni sistemdə təsərrüfatlarına dair məlumatları bəyan etməyə səsləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yekaterinburqda öldürülən iki qardaşın cənazəsi dəfn olunacaq
Cəmiyyət 08:26
Yekaterinburqda öldürülən iki qardaşın cənazəsi dəfn olunacaq
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
Cəmiyyət 22:25
Yekaterinburqda öldürülən Səfərov qardaşlarının nəşi məhkəmə-tibbi ekspertizadan keçirilir - Yenilənib
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Cəmiyyət 22:00
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi cinayətlərin Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırıldığı açıqlanıb - MƏHKƏMƏ
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 19:05
Bayram günlərində bölgələrə səfər edən sərnişinlərin sayı açıqlanıb
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Cəmiyyət 18:30
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
Cəmiyyət 18:00
“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Cəmiyyət 17:27
AQTA Rusiyadan gətirilən 639 ton soğanı məhv edib - Səbəb
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 17:12
Qeyri-iş günlərində qatarla daşınan sərnişinlərin sayı açıqlanıb
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Cəmiyyət 16:28
İyulda havanın temperaturu necə olacaq? - Proqnoz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol