• $
  • £

London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib

London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib
01.07.2025 08:46

Böyük Britaniyanın Ali Məhkəməsi insan hüquqları fəallarının İsrailə F-35 təyyarələri üçün komponentlərin ixracını dayandırmaq iddiasını rədd edib və bildirib ki, bu qərarı yalnız hökumət verə bilər.

Məhkəmə qərarında ixrac məhdudiyyətlərinin icrası səlahiyyətinin hökumətə aid olduğu vurğulanıb.

Sky News-un məlumatına görə, Britaniya silahları İsrailin hərbi texnikasının cəmi 0,02%-ni təşkil edir. İsrail Britaniyanın silah ixracının 0,4%-ni alır.

“Silah Ticarətinə Qarşı Kampaniya” təşkilatı bildirib ki, İsrailin Qəzzada istifadə etdiyi F-35 təyyarələrinin komponentlərinin təxminən 15%-i Britaniyada istehsal olunur.

2024-cü ildə Britaniya İsrailə 30 silah ixrac lisenziyasını dayandırıb. Bunlar pilotsuz uçuş aparatları və helikopterlər üçün hissələri əhatə edirdi. F-35 hissələri ABŞ vasitəsilə göndərildiyi üçün məhdudiyyətə daxil edilməyib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Dünya 14:51
Aralıq dənizində ardıcıl iki zəlzələ olub
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Dünya 09:31
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Dünya 08:45
Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Dünya 23:33
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
İngiltərədə qatarlar toqquşub, xəsarət alanlar var
Dünya 23:11
İngiltərədə qatarlar toqquşub, xəsarət alanlar var
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Dünya 22:30
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Dünya 22:02
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Ərdoğan Sinqapurun Baş naziri ilə regional məsələləri müzakirə edib
Dünya 21:32
Ərdoğan Sinqapurun Baş naziri ilə regional məsələləri müzakirə edib
Ermənistanda müxalif qüvvələr seçki nəticələrinin ləğvini tələb edir
Dünya 20:50
Ermənistanda müxalif qüvvələr seçki nəticələrinin ləğvini tələb edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol