Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında etnik zəmində baş verən toqquşmalar nəticəsində beş nəfər həlak olub.Bu barədə "Reuters" polisə istinadən xəbər verib.
Polisin açıqlamasında bildirilib ki, iki ayrı hadisə nəticəsində beş nəfər ölüb. Şənbə günü Kuki qəbiləsinin üç üzvü Noni rayonunda naməlum silahlı qruplar arasında baş verən atışma zamanı həyatını itirib.
Bu həftənin əvvəlində itkin düşən eyni icmanın daha iki üzvünün meyiti isə bazar günü səhər Kanqpokpi rayonunda aparılan axtarışlar zamanı aşkarlanıb.
Kuki qəbiləsi Naqa separatçı qruplarını "doğma torpaqlarına birbaşa və səbəbsiz hücum" etməkdə ittiham edib.
Qətllər Manipurun paytaxtı İmphalda və digər rayonlarda yüz minlərlə insanın iştirak etdiyi kütləvi etirazlar fonunda baş verib. Etirazçılar silahlı Kuki qrupları ilə Hindistan hökuməti arasında əldə olunmuş atəşkəs razılaşmasının ləğvini tələb ediblər.
Əsasən xristianlardan ibarət Kuki və Naqa qəbilələri arasında ucqar şimal-şərq ştatında ərazi iddiaları ilə bağlı uzun müddətdir münaqişə mövcuddur.
Son xəbərlər
Daha çox