İranda COVID-19-a yoluxma artır
İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması ilə bağlı xəbərdarlıq edilib.Bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək məlumat verib.
Professorun sözlərinə görə, hazırda yayılan koronavirusun alt ştammı əvvəlki variantlarla müqayisədə daha yüksək yoluxma və ötürülmə sürətinə malikdir. Bununla belə, həmin ştammın səbəb olduğu ölüm göstəriciləri əvvəlki variantlarla müqayisədə daha aşağıdır.
O, COVID-19 və qripə yoluxmanın qarşısını almaq üçün əllərin müntəzəm yuyulmasını, izdihamlı məkanlarda maskadan istifadəni, yaşlıların və xroniki xəstəlikləri olan şəxslərin sıxlıq olan yerlərdən mümkün qədər uzaq durmasını tövsiyə edib.
Professor bildirib ki, mövcud məlumatlar COVID-19-a yoluxma hallarının əhəmiyyətli dərəcədə artdığını göstərir.
Qeyd olunub ki, bir çox insan ailə üzvlərinin, xüsusilə də uşaqların tənəffüs yolları infeksiyalarına yoluxması barədə məlumat verir.
Son xəbərlər
Daha çox