• $
  • €
  • ₽
  • ₺
  • £

Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib

Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib
01.11.2026 13:59

Zəfərin 6-cı ildönümü münasibətilə Bakıda ənənəvi "Qələbə qaçışı" keçirilib.

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış "Qürurla irəli" şüarı altında baş tutub.

Yarışın açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar Dənizkənarı Milli Parkda, "Yeddi gözəl" fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət ediblər.

Vətən müharibəsi şəhidlərinin övladları builki "Qələbə qaçışı"nın fəxri iştirakçıları olublar. Onlar finiş xəttində idmançıları qarşılayaraq məsafəni başa vuran hər bir iştirakçıya medal təqdim ediblər.

Bu il "Qələbə qaçışı"na 2000-dən çox şəxs qatılıb. Bu, yarışın 2021-ci ildən bəri keçirilən bütün buraxılışları arasında ən yüksək iştirakçı göstəricisidir.

Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutub. Qadınların mübarizəsində Anna Yusupova qalib gəlib. Qənirə Həsənova ikinci, Arzu Məmmədbəyova üçüncü yerdə qərarlaşıb.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.

İki gün ərzində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən əyləncə zonasında müxtəlif tədbirlər keçirilib. Qaçışdan sonra təşkil olunan konsert proqramında xalq artisti Röya, tanınmış müğənnilər Murad Arif və Mərdan çıxış ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Cəmiyyət 14:48
Bakıdan Tbilisiyə ilk əlavə qatar tam doluluqla yola düşüb
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Cəmiyyət 14:12
Media və Yayım Şurası jurnalistlərə qarşı hücumlarla bağlı bəyanat yayıb
Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib
Cəmiyyət 13:59
Zəfərin 6-cı ildönümünə həsr olunan “Qələbə qaçışı” keçirilib
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Cəmiyyət 13:43
Azərbaycan yanğınsöndürənlərin dünya çempionatına ev sahibliyi edəcək
Sabah 22 dərəcə isti olacaq
Cəmiyyət 12:45
Sabah 22 dərəcə isti olacaq
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Cəmiyyət 11:50
Bakıda yanğını işıqlandıran APA TV-nin müxbirinə hücum edilib
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Cəmiyyət 09:57
Bakıda keçmiş ət kombinatında yanğın olub - Video
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 09:30
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Cəmiyyət 22:49
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol