Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına bir aylıq müddətə sədrlik etməyə başlayıb.Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, noyabr ayı ərzində Latviya BMT Təhlükəsizlik Şurasının bütün rəsmi və qeyri-rəsmi iclaslarına sədrlik edəcək.
Latviyanın BMT-dəki səfiri Sanita Pavlyuta-Deslandes qeyd edib ki, ölkənin xarici siyasət qurumunun əsas vəzifəsi respublikanın təhlükəsizliyini gücləndirməkdir. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası bu məqsədə nail olmaq üçün mühüm vasitədir.
Son xəbərlər
Daha çox