Bakıda hər il müxtəlif qurumların təşkilatçılığı ilə yüzlərlə ağac əkilir. Mayın 12-də Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə də ağac əkmə kampaniyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhimdar Cəmiyyətinin sədri Ramik Əşrəfov əkilən minlərlə ağaca yüksək səviyyədə qulluq edildiyini deyir. Lakin əkilən ağaclara qulluq edilmədiyini deyənlər də az deyil. Sosial şəbəkələrdə əkilən ağacların bir müddət sonra çıxarıldığını, ya da qulluq edilmədiyi üçün quruduğunu iddia edənlər var. Ekoloq Telman Zeynalov təsdiqləyir ki, ağaclar əkilsə də onlara qulluq edilmir.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !