Anews.az "Qafqazinfo"ya istinadla əkiz və üçəm böyüdən şou nümayənədələrini təqdim edir:
Müğənni İzzət Bağırov – 3 oğul atası olan müğənninin Rza və Mehdi adlı əkizləri var.
Əməkdar artist Vəfa Zeynalova – Aktrisanın Lalə və Səbinə adlı əkiz qızları var.
Aparıcı Xoşqədəm Hifayətqızı – Türkiyəli müğənni Doğuşla ailəli olan aparıcının Arda və Arın adlı əkizləri var.
Aparıcı Hüsniyyə Məhərrəmova – Övladlarını mediadan və sosial şəbəkələrdən uzaq tutan aparıcının bir qız, bir oğlan əkizi var.
Müğənni Təranə Mahmudova – Bir qız, bir oğlan əkizi olan ifaçı da uşaqlarını mediadan uzaq tutur.
Əməkdar artist Bəyimxanım Vəliyeva – 5 uşaq anası olan ifaçının Kəlam və Kənan adlı əkizləri var. Bundan başqa, sənətçinin Ayla, Aylin, Amin adlı daha 3 övladı var.
İş qadını Ruhi Əliyeva – İş adamı İlham Rəhimovla ailəli olan Ruhinin Məhəmməd və Həsən adlı əkiz oğulları var.
Müğənni Rəqsanə İsmayılova – Aysun və Yağmur adlı iki qızı olan ifaçının biznemsen Fazil bəylə nikahından bir qız, bir oğlan əkizi var.
Rejissor Fuad Əlişov və aktrisa Sevinc Əliyeva – 3 övladı olan cütlük hazırda boşanıb. Onların Fatimə və Suad adlı əkizləri var.
Xalq artisti Emin Ağalarov – müğənninin Əli və Mikayıl adlı əkiz oğulları var.
Xalq artisti Fərqanə Qasımova – 4 uşaq anası olan xanəndənin Saleh, Həmidə və Mövlanə adlı üçəmi var.
Aparıcı Esmira Çərkəzqızı – vaxtilə AzTV-də "Xəbərlər” və səhər verilişlərini aparan Esmira Çərkəzqızı türkiyəli hərbçi ilə ailə qurduqdan sonra qardaş ölkəyə köçüb. Aparıcının 2 oğlan, 1 qız olmaqla üçəmi var. Aparıcının üçəmləri hətta "Möhtəşəm yüz il” serialında çəkilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !