• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Ekologiyaya zərər vuranlar cəzalandırılıblar

Ekologiyaya zərər vuranlar cəzalandırılıblar
05.12.2023 19:52
Yevlax rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax rayonu ərazisindəki tədbirlərlə sanitariya ve gigiyena qaydasının pozulması, tullantıların urnalardan kənara atılması halları da aşkarlanıb. 

Ərazinin zibillənməsi halı ilə bağlı üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinə əsasən qaydada protokollar tərtib olunub.

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları da ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan ümumilikdə 11 nəfər şəxs müəyyən olunub.
Onlarla  profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

İmişli rayonu ərazisində də sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Yalavac kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə kənd bələdiyyəsinin sədri barəsində protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb - DSX
Cəmiyyət 14:13
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb - DSX
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
DYP-dən piyadalara çağırış
Cəmiyyət 11:46
DYP-dən piyadalara çağırış
Avtomobilin mühərrikində əli qalan şəxs xilas olunub - Video
Cəmiyyət 10:43
Avtomobilin mühərrikində əli qalan şəxs xilas olunub - Video
Bakıda köməkçi tikilidə yanğın olub, ölən var
Cəmiyyət 10:30
Bakıda köməkçi tikilidə yanğın olub, ölən var
Çaylarda sululuq artıb
Cəmiyyət 10:08
Çaylarda sululuq artıb
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Cəmiyyət 09:05
Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Cəmiyyət 08:51
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Cəmiyyət 18:15
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol