• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-a İranın qurudakı yataqlarında işləmək təklif edilib

SOCAR-a İranın qurudakı yataqlarında işləmək təklif edilib
01.12.2015 16:55
İran Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bu ölkənin quruda yerləşən yataqlarında əməkdaşlıqla bağlı təklif irəli sürüb. 

"Report" xəbər verir ki, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: "Bildiyiniz kimi, həftə sonu neft müqavilələri ilə əlaqədar Tehranda konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd İrana sanksiyalar qaldırıldıqdan sonra bu ölkənin yataqlarında xarici şirkətlərin işləməsi üçün danışıqlar aparmaq, təqdimatlar keçirmək olub. SOCAR da bu konfransda iştirak edib, görüşlər keçirib. Görüşlərimiz çox yaxşı keçib. Bizə bildirilib ki, hökmən deyil ki, dənizlərdəki yataqlarda işləyəsiniz, qurudakı yataqlarda da işləmək mümkündür. Azərbaycan hansı yatağa, hansı sahəyə investisiya qoymaq istəsə, İranın etirazı yoxdur".
Vitse-prezident qeyd edib ki, İrana səfər zamanı SOCAR İran tərəfinə memorandum layihəsi təqdim edib: "İran tərəfi bu sənədə baxacaq. Hər iki tərəf də əməkdaşlıqda maraqlıdır".

İranın xarici şirkətlərə Azərbaycan yataqlarını öz yataqları kimi təqdim etməsinə gəlincə isə o qeyd edib ki, bu barədə yazılanlar şayiədir.

"Xəzərin İran sektorunda 4 yataqlar bloku var. Ən vacib məsələ odur ki, xarici şirkətlərə təqdim olunan yataqlar mübahisəli ərazilərdəki yataqlar deyil. Mən şəxsən o xəritəyə baxmışam. Təqdim olunan yataqlar İranın öz sahəsindədir".

Qeyd edək ki, ötən həftənin sonunda SOCAR prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İranın neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak edib.

SOCAR prezidenti İrana səfəri çərçivəsində, həmçinin bu ölkənin neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, İran Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanla əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol