• $ 1.7
  • € 1.9949
  • ₽ 0.021634
  • ₺ 0.042
  • £ 2.2997

“Azneft” proqnozdan daha çox qaz hasil edib

“Azneft” proqnozdan daha çox qaz hasil edib
09.06.2016 16:27
Bu ilin yanvar-may ayları ərzində "Azneft” İstehsalat Birliyi üzrə 2 619,2 min ton neft hasil edilib.

Bu barədə "Azneft” İB-dən Oxu.Az-a bildirilib. 

Bu ilin müvafiq dövrü ərzində, həmçinin 2 323,4 milyon kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, faktiki hasilat 2 386,1 milyon kubmetrə bərabər, yəni proqnozdan 2,7% çox olub.

Hesabat dövründə "Azneft”in sifarişi əsasında 20 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 22 534 ton neft hasil edilib.

İlin əvvəlindən 279 geoloji tədbir keçirilib, nəticədə 46 126 ton neft hasil edilib ki, bu da plana qarşı 41 tədbir çox və 3 456 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 16 839 ton plana qarşı 22 005 ton neft hasil edilib.

Ötən 5 ayda fəaliyyətsiz quyu fondundan 32 quyu nəzərdə tutulduğu halda, 57 quyu istismara qaytarılıb. Bu quyulardan 4 733 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 14 647 ton neft alınıb ki, bu da plandan 9 914 ton çoxdur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
İqtisadiyyat 17:01
Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
BTC boru kəməri iıə ixrac edilən neft spesifikasiyalara uyğundur
İqtisadiyyat 15:06
BTC boru kəməri iıə ixrac edilən neft spesifikasiyalara uyğundur
Azərbaycanın sığorta bazarı böyüyüb
İqtisadiyyat 14:14
Azərbaycanın sığorta bazarı böyüyüb
ABB-nin Yasamal filialı əvvəlki ünvanındafəaliyyətini bərpa etdi!
İqtisadiyyat 12:49
ABB-nin Yasamal filialı əvvəlki ünvanındafəaliyyətini bərpa etdi!
İnformasiya texnologiyaları sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini
İqtisadiyyat 12:35
İnformasiya texnologiyaları sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini
Azərbaycan sement və kimya məhsullarının ixracını artırıb
İqtisadiyyat 12:06
Azərbaycan sement və kimya məhsullarının ixracını artırıb
qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:56
qızıl və gümüş ucuzlaşıb
Eni Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib
İqtisadiyyat 11:06
Eni Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib
İpoteka Fondu bu günədək 3,56 milyard manat kredit verib
İqtisadiyyat 10:55
İpoteka Fondu bu günədək 3,56 milyard manat kredit verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol