• $ 1.7
  • € 1.9573
  • ₽ 0.021384
  • ₺ 0.0434
  • £ 2.3086

Vergidən yayınmaq daha da çətinləşir

Vergidən yayınmaq daha da çətinləşir
10.06.2016 12:13
Vergilər Nazirliyində "Risklərin vahid mərkəzdən idarə edilməsi” alətinin tətbiqinə başlanılıb.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

Nazirlikdən qeyd edilib ki, bu tədbirlər büdcə daxilolmalarının artırılması, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər olunması məqsədilə həyata keçirilir.

Nazirlikdən bildirilib ki, "Risklərin idarə edilməsi” aləti müasir texnologiyalara əsaslanaraq vergidən yayınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunması, mövcud risklərin daha dəqiq qiymətləndirilməsi və vergi potensialının düzgün dəyərləndirilməsi təmin edir.

"Həmin alət istər elektron, istərsə də digər vasitələrlə aşkar olunmuş hər bir vergidənyayınma halının dəqiqliklə yoxlanılmasına, onun vergi nəzarəti tədbiri baxımından düzgün qiymətləndirilməsinə və aşkar edilmiş hallar üzrə daha səmərəli vergi nəzarəti tədbirinin seçilməsinə imkan verir”, - deyə nazirlikdən qeyd edilib. 

Nazirlikdən bildirilib ki, bununla da, vergidən yayınan hər bir vergi ödəyicinin vergi nəzarəti tədbirlərindən kənarda qalması hallarının aradan qaldırılması, habelə heç bir risk meyarına əsaslanmayan vergi nəzarəti tədbirlərinin keçirilməsinin qarşısı alınmış olacaq.

"Vergi nəzarəti tədbirlərinin təyin edilməsi "Risklərin idarə edilməsi” aləti vasitəsilə həyata keçirildiyindən həmin yoxlamalara vahid mərkəzdən nəzarət ediləcək.

Yerli vergi orqanları tərəfindən müvafiq risk meyarına əsaslanmayan, qiymətləndirmə nəticəsində vergidənyayınma ehtimalı olmayan vergi yoxlamalarının qarşısı tamamilə alınacaqdır”, - deyə nazirlikdən qeyd edilib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bank Respublika “Ümumdünya Qan Donoru Günü”nə həsr olunmuş qanvermə aksiyası keçirib
İqtisadiyyat 14:46
Bank Respublika “Ümumdünya Qan Donoru Günü”nə həsr olunmuş qanvermə aksiyası keçirib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 12:54
Azərbaycan iqtisadiyyatı böyüyüb
5 ayda orta illik inflyasiya 6 % olub
İqtisadiyyat 12:24
5 ayda orta illik inflyasiya 6 % olub
Azərbaycanda gömrük xətti ilə toplanan vəsait daha yüksəkdir
İqtisadiyyat 12:23
Azərbaycanda gömrük xətti ilə toplanan vəsait daha yüksəkdir
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
İqtisadiyyat 10:47
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:18
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanda 5 ayda vətəndaşlara 91 milyon manatdan çox ƏDV qaytarılıb
İqtisadiyyat 16:05
Azərbaycanda 5 ayda vətəndaşlara 91 milyon manatdan çox ƏDV qaytarılıb
Bu yay sərhədləri yox, imtiyazları keçin
İqtisadiyyat 16:00
Bu yay sərhədləri yox, imtiyazları keçin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol