• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Polşanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Polşanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
13.06.2025 18:33

Xarici işlər naziri Ceyhun Bayramov Polşanın Azərbaycana yeni təyin olunan səfiri Pavel Radomskini qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yeni səfirin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyinə dair əminlik ifadə olunub.

Azərbaycan-Polşa dövlətlərarası əlaqələrinin hərtərəfli və sistematik inkişafında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası əlaqələr üzrə işçi qrupları kimi mexanizmlərin əhəmiyyətindən bəhs olunub.

İqtisadi, o cümlədən ənənəvi və yaşıl enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq üçün mövcud potensial və imkanlardan maksimum faydalanmaq üçün birgə fəaliyyətlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Humanitar istiqamət, təhsil, mədəniyyət, idman və gənclər ölçüləri üzrə əməkdaşlığın inkişafı və mübadilələrin gücləndirilməsi imkanları barədə danışılıb.

Bayramov görüş zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, post-münaqişə dövrünün reallıq və inkişafları barədə qarşı tərəfə ətraflı məlumat verib. Cari ilin mart ayında Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların yekunlaşdığı, sazişin imzalanmasına maneə törədən amillər, o cümlədən Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Minsk Qrupu kimi aktuallığını və funksionallığını itirmiş mexanizmlərin ləğvi məsələsindən bəhs olunub.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol