• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

AİB Azərbaycana kömək edəcək

AİB Azərbaycana kömək edəcək
28.05.2020 23:05
İyunun 22-də Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycana növbəti kreditin ayrılması məsələsi müzakirə olunacaq. 

ANN.Az "Report”-a istinadən xəbər verir ki, bu barədə Nariman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi bankın Azərbaycana enerji təchizatının yaxşılaşdırılması layihəsinin icrası üçün ayırmaq istədiyi kreditin ümumi həcmi 750 milyon dollardır.

İlkin mərhələdə hökumətə bunun 250 milyon dolları çatacaq: 

"Bu pul Bakı istisna olmaqla bütün ölkəyə ayrılacaq. Birinci tranş hesabına yarımstansiyalar üçün avadanlıqlar - transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması, eləcə də əhalinin sayğaclarla təmin edilməsi nəzərdə tutulub”.

N.Mannapbekov kreditin hansı şərtlərlə ayrılacağı barədə də danışıb: 

"Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıq Libor + təxminən 0,4% dərəcəsi ilə ayrılacaq. Kreditləşməyə dair bütün sənədlər müqavilə bağlanandan sonra təxminən iki həftə ərzində bankın saytında yerləşdiriləcək”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol