• $
  • €
  • ₽
  • ₺
  • £

"Yunanıstan hökuməti tender proseduruna zidd hərəkət edib"

"Yunanıstan hökuməti tender proseduruna zidd hərəkət edib"
05.09.2016 12:18
"Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna zidd hərəkət edib".
 
"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
 
"Əvvəlcə danışılan qaydalar pozulub. Biz də Yunanıstan hökumətindən bunun əsaslandırılmasını gözləyirik. Dəyişilən qaydaya əsasən, DESFA-nın qiyməti iki dəfə aşağı enir. Əgər obyektin gəlirliliyi aşağı salınırsa, deməli, onun qiyməti də aşağı enməlidir. Biz bu məsələləri Yunanıstan hökuməti ilə danışıqlarda qaldırmışıq və danışıqlar davam edir", - deyə R. Abdullayev qeyd edib.
 
Onun sözlərinə görə, DESFA-da SOCAR-ın payını almaq istəyən İtaliyanın "Snam" şirkəti əqdin bağlanılmasına hazırdır: "İtalyan tərəfdaşımız bizimlə yanaşı danışıqlarda iştirak edir. Burada bir sıra problemlər var. Görünür, Avropada çox bacarıqlı olmaq da qəbul olunmur".
 
DESFA Yunanıstanın milli qazpaylayıcı sisteminin operatorudur. Bu şirkət Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və "Hellenic Petroleum SA” şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.
 
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
 
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR–ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. 
 
Üçüncü tərəfə satılması təklif olunan səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol