• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC üzvlərinə kvota tətbiq ediləcək

OPEC üzvlərinə kvota tətbiq ediləcək
29.09.2016 10:15
Neft İxrac Edən Ölkələri Birliyi - OPEC-in sentyabrın 26-28-də Ələzairdə - Beynəlxalq Energetika Forumu çərçivəsində keçirilən qeyri-formal sammitində neft hasilatının bu ilin noyabr ayından etibarən azaldılmasına qərar verilib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, OPEC üzvləri hasilatı 33,2 mln. barel/gündən 32,5-33 mln. barel/günə qədər azaltmağı planlaşdırır. 

Təşkilat üzvlərinin gəldiyi razılığa əsasən, hasilatı hər bir ölkə azaldacaq. 

OPEC-in Əlcəzair sammitinin rəhbəri Məhəmməd ben Saleh Əs-Sədanın sözlərinə görə, OPEC üzvlərinin hər birinin fərdi qaydada hasilat kvotasını təşkilatın daxilində yaradılacaq xüsusi komissiya müəyyənləşdirəcək. Bununla belə, artıq məlumdur ki, hasilatda ən çox azalma Səudiyyə Ərəbistanın payına düşür. Bu ölkə gündəlik hasilatı 442 min barel azaldacaq. İraq 135 min, Birləşmiş Ərəb Əmirlikləri 155 min barel azalmaya gedəcək. Liviya və Nigeriyanın isə neft hasilatının məhdudlaşdırılması gözlənilmir.

Xatırladaq ki, OPEC-in bundan əvvəl Qətərin paytaxtı Dohada keçirilmiş sammitində razılaşmaya mane olan İran hasilatını 3,7 mln. barel/gün ilə məhdudlaşdırmağa razılaşıb. Hazırda İslam Respublikası hasilatı bu səviyyəyə çatdırmaq üçün gündə daha 52 min barel neft hasil etməlidir.

Əlcəzair anlaşmasının bu ilin noyabr ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEC-in rəsmi sammitində təsdiqlənməsi gözlənilir. Bu görüşə Rusiya da daxil olmaqla digər böyük neft hasilaçısı olan ölkələr dəvət olunacaq və onlardan da hasilatı azaltmaları tələb ediləcək.

OPEC üzvlərinin görüşünün nəticəsi barədə xəbərin açıqlanmasından sonra, dünya bazarında "Brent" markalı neftin qiyməti 6%-ə yaxın artaraq 49 dollar/barelə çatıb. Hazırda isə qiymət 49,25 dollar/barel təşkil edir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol