• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci ildə bankları nə gözləyir? - PROQNOZ

2018-ci ildə bankları nə gözləyir? - PROQNOZ
29.12.2017 11:28
"DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyasının ləğv edilməsi bank sektorunda "yarpaq tökümünün” növbəti mərhələsinin başlaması kimi fikirlərə səbəb olub. Xüsusilə qeyd edilir ki, bank sektorunun daha ağır dövrü qarşıdadır. Ona görə ki, cari ildə bank sisteminin heç bir fundamental problemi köklü şəkildə həll olunmayıb. Əksinə, problemlər dondurularaq növbəti illərə keçirilib.

İqtisadçı-ekspert Qubad İbadoğlu anews.az-a açıqlamasında bildirdi ki, ötən il 2 il ərzində 13 bankın bağlanması bank sektorunu böhrandan çıxara bilmədi: 

"Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir. Ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub. Beləliklə, son 1 il 9 ayda ən çox ziyan "Accessbank”da (127,5 milyon manat), "Bank of Baku”da (69,6 milyon manat), "Unibank”da (39,2 milyon manat), "Bank Respublika”da (37 milyon manat), "AGBank”da (24,2 milyon manat) və "Dəmirbank”da (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan "Dəmirbank”ın lisenziyası geri alınıb”. 

Ekspert bildirir ki, cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri "Amrahbank”da 10,3 %, "Muğanbank”da 12,5 %, "Unibank”da 16,9 %, "Accessbank”da 19,2%, "Bank of Baku”da 21,1%, azalıb:

"Hesabat dövründə bank kapitalının dəyərini "Accessbank” 6,8%, "Amrahbank” 15,3%, "Bank of Baku” 19,9%, "AFB Bank” 21,4%, "AGBank” 21,9 %, "Unibank” 37,8% itirib. 

Məlumat üçün qeyd edim ki, "Azərbaycan Beynəlxalq Bankı”, "Günay Bank” və "Naxçıvanbank” dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla, hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır. Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlamayan banklar da daxil olmaqla, yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar. Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol