• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda insan ətindən dönər hazırlanır? - Rəsmi açıqlama

Bakıda insan ətindən dönər hazırlanır? - Rəsmi açıqlama
03.04.2018 12:24
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi son zamanlar mətbuat orqanlarında müxtəlif növ qida məhsulları haqqında heç bir elmi mənbəyə, fakta, ciddi araşdırmaya söykənməyən, vətəndaşlar arasında birmənalı qarşılanmayan məsuliyyətsiz açıqlamaların verilməsi, yazıların paylaşılması geniş vüsət alması ilə bağlı bəyanat yayıb.
 
Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən AzVision.az-a daxil olan bəyanatda bildirilib ki, həmin materiallarda əhalinin çox istifadə etdiyi qida məhsullarından biri olan dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddia edilir: "Təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlara əsaslanmayan bu tipli məsuliyyətsiz iddialar əhalidə təşviş və çaşqınlıq yaradır. Özlərini istehlakçıların hüquqlarının müdafiəçisi adlandıran, sahibkarları yoxlamalar aparmaqla təhdid edən bəzi şəxslər verdikləri məsuliyyətsiz müsahibələrdə hətta dönərin ölü insan ətindən hazırlandığı haqqında cinayət xarakterli açıqlamalar verməkdən belə çəkinmirlər".

Qida Təhlükəsizliyi Agentliyi hüquq-mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir.

Qeyd olunub ki, Agentliyə mənşəyi məlum olmayan qida məhsulları, o cümlədən dönərlə bağlı rəsmi şikayət daxil olmayıb: "Bir daha nəzərinizə çatdırırıq ki, tək dönərlə deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə Qida Təhlükəsizliyi Agentliyinin (012) 377-00-77 telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat verə bilərsiniz".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol