• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yoldan Bakıya giriş tam bağlanır - Diqqət

Bu yoldan Bakıya giriş tam bağlanır - Diqqət
13.04.2018 14:00
Builki Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı Azneft dairəsində hərəkət məhdudlaşdırılıb. 23-dən may ayının 1-nə kimi isə dairəyə giriş tam bağlanacaq.

"Qafqazinfo” xəbər verir ki, dairədə tamaşaçılar üçün tribunanın yaradılması burada avtomobillərin hərəkət hissəsinin daraldılmasına səbəb olub. Bəs hazırda sürücülər hansı alternativ yollardan istifadə edə bilər?

"Qafqazinfo”nun sualını cavablandıran Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yarışlarla əlaqədar Azneft kimi tanınmış dairədə avtomobillərin hərəkət istiqamətində müəyyən dəyişikliklər edilir:

"Yəni, dairə kimi tanınan ərazi tamaşaçıların seyr etməsi üçün nəzərdə tutulan sahənin düzəldilməsi ilə bağlı daralıb. Neftçilər prospekti, Azneft dairəsindən istifadə edən sürücülərə bildiririk ki, Bayıl "20-ci sahə” və oraya aid digər ərazilərdən bu istiqamətə gələnlər unutmasınlar ki, dairədə hərəkət məhdudlaşdırıldığından hərəkət istiqaməti yalnız düzünə, Neftçilər prospekti  ilə Azadlıq istiqamətində nəzərdə tutulub. 

Eyni zamanda, Niyazi küçəsindən Azneft dairəsinə yaxınlaşanlar isə Bayraq Meydanı istiqamətində və yaxud sola, Neftçilər prospekti istiqamətində hərəkət edə bilər. Həmin ərazi artıq əməkdaşlarımızın nəzarətindədir. Orada xidmət aparılır və keçmə növbəliyi təmin edilir”.

Qeyd edək ki, yarışlarla əlaqədar olaraq Azneft dairəsi aprel ayının 23-dən may ayının 1-nə kimi bağlı olacaq. Artıq bununla bağlı ərazidə xəbərdarlıq lövhələri də yerləşdirilib. V. Əsədov dairə bağlandıqdan sonra istifadə olunacaq alternativ yollar barədə yaxın günlərdə mediaya məlumat veriləcəyini vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol