• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Azərbaycanda yeni qaz anbarı istismara veriləcək

Azərbaycanda yeni qaz anbarı istismara veriləcək
07.05.2018 17:00
 
Hazırda mövsümi keçid dövrüdür. Qaz anbarlarına qazın vurulması 12.04.2018-ci il tarixindən etibarən başlanılıb.

Anews.az xəbər verir ki, bunu "Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov "Natural Gas World” dərgisinin yeraltı qaz anbarlarının modernləşdirilməsi və payız-qış mövsümünə hazırlıq məqsədilə qazın vurulması prosesinin başlaması yönündə sualına cavabında deyib

O bildirib ki, Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən vurulan və götürülən qazın həcminin artırılması və anbarların modernləşdirilməsi istiqamətində işləri davam etdirilir: 

"Yəni, yeraltı qaz anbarlarının modernləşdirilməsi "Qaradağ” və "Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçiririk.

Bu qəbildən "Qalmaz” yatağında əlavə, 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq. "Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VII horizontunun tam bərpa edilməsi nəzərdə tutulur. 

Bunun nəticəsində bir milyard kubmetr əlavə qaz həcmi yaradılacaq. Həmçinin, Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
İqtisadiyyat 13:53
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
İqtisadiyyat 10:44
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl ucuzlaşıb - Məzənnə
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
İqtisadiyyat 18:00
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
İqtisadiyyat 17:56
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
İqtisadiyyat 17:08
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
Azərbaycanın neft kəmərlərində itkilər artıb
İqtisadiyyat 17:05
Azərbaycanın neft kəmərlərində itkilər artıb
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
İqtisadiyyat 16:45
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
İqtisadiyyat 14:03
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol