• $
  • €
  • ₽
  • ₺
  • £

Neftçalaya çəkilən magistral su kəmərinin 50 %-i hazırdır

Neftçalaya çəkilən magistral su kəmərinin 50 %-i hazırdır
22.08.2020 20:39
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Anews.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, hazırda Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral su kəmərinin və su anbarının tikintisi həyata keçirilir. Eyni zamanda şəhərə və ətraf kəndlərə nəqliyyat vasitələrilə içməli suyun daşınması təmin edilir.

Neftçala şəhəri və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihəyə əsasən, su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Buradan Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7 500 kubmetr tutumu olan su anbarı inşa edilir.  Bununla paralel olaraq su anbarından Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 44 km uzunluğunda magistral su kəmərinin inşası davam etdirilir. Hazırda su anbarının tikintisi üzrə işlərin 40 %-dən çoxu icra olunub. Magistral kəmərin  isə 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da  su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 %-i icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol