• $
  • €
  • ₽
  • ₺
  • £

"AccessBank" müştərilərinin hüquqlarını qoruyur

"AccessBank" müştərilərinin hüquqlarını qoruyur
24.08.2020 16:06
"AccessBank" müştərilərlə münasibətlərini Müştəri Hüquqlarının Mühafizəsi Prinsiplərinə (MHM) uyğun şəkildə qurur. Bu prinsiplər beynəlxalq və milli mikromaliyyə qurumlarının yenilikçi və müştəriyönümlü davranış kodeksləri əsasında yaradılıb. MHM prinsipləri "AccessBank"a maliyyə xidməti sektorunda yüksək etik və davamlı biznes strategiya tətbiq etmək imkanı yaradır.

2009-cu ildə "AccessBank" mikromaliyyə sahəsində Müştərilərin Hüquqlarının Mühafizəsi üzrə beynəlxalq kampaniyaya qoşulub. O müddətdən etibarən bank, müştərilərinin bank xidmətləri alarkən əldə etdikləri hüquqlar haqqında məlumatlı olması və onlarla əməkdaşlıq çərçivəsində MHM prinsiplərinə riayət olunması üçün çox işlər görüb. MHM prinsiplərinin əsas məqsədi müştərilərə etik standartlara uyğun şəkildə davranılması, həmçinin onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi, müştərilərin şikayət etmək hüquqlarının təmin edilməsi və onların fərdi məlumatlarının məxfiliyinin qorunmasından ibarətdir. Bundan başqa, MHM prinsiplərinə müştərilərin maliyyə savadlılığının artırılması üçün işlər də daxildir: bank, müştərisinin lazım olmayan məhsullardan istifadə etməməsi və artıq borclanmaya girməməsi istiqamətində çalışır. Bununla yanaşı, "AccessBank" qiymət siyasətində şəffaflığını qoruyub saxlamağa davam edir.
 
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol