"Unibank" daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına - DƏSTƏK OLDU

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir.
Anews.az xəbər verir ki, bu dəfə bank Bakı sakini Şahin İbrahimovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Şahin İbrahimov özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bank əməkdaşları ona biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib. Şahin İbrahimov özünüməşğulluq layihəsinin bütün tərəfdaşlarına minnətdarlığını bildirib:
"Bu gün ailəmiz üçün çox əlamətdar bir gündür. İllərdir bu layihəni həyata keçirmək istəsəm də, maddi vəsaitim olmadığından arzu olaraq qalırdı. Şəxsi biznesi olmaq, ailənin daimi gəlir mənbəyinin olması, ailənlə bağlı planları, arzuları rahatlıqla həyata keçirmək deməkdir. Bu dəstəyə görə "Unibank”a və layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:09
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb

İqtisadiyyat 09:37
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb

İqtisadiyyat 09:34
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib





















