• $
  • €
  • ₽
  • ₺
  • £

"Ayda bir dəfə məhsul gətirmə məsələsi səhv anlaşılıb" - Səfər Mehdiyev

"Ayda bir dəfə məhsul gətirmə məsələsi səhv anlaşılıb" - Səfər Mehdiyev
25.08.2020 22:36
"Bir ay ərzində ölkəyə bir dəfə poçt sifarişlə məhsul gətirilməsi məsələsi vətəndaşlar tərəfindən səhv anlaşılıb”.
Anews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Real Tv”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, qərarda göstərilir ki, vətəndaşın beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkətlər vasitəsilə Azərbaycan Respublikasına hər təqvim ayında bir dəfə 300 dollardan artıq olmamaq şərti ilə rüsumsuz və vergisiz mal gətirmə imkanı var: "Qərarda bu maddə səhv anlaşılır. Biz burada vətəndaşı düşünürük. Yəni vətəndaş bəyannaməni bir dəfə versin. Vətəndaş özünə əmindirsə ki, bir yox, bir neçə dəfə məhsul gətirəcək, onun bir sıra çıxış yolu var. Ya hər dəfə gətirdiyi mala görə uçota durur ki, 300 dollarlıq limiti keçməsin. Bu vətəndaşın öz seçimdir. Yaxud daşıyıcı kompaniya ilə razılaşır ki, hissə-hissə gələn mallarımı bir dəfə bəyan edəcəm. Və ya mal 300 dollar həcmində gətirilə bilər. Hər bir halda vətəndaşın seçimi çox önəmlidir. Başqa cür tənzimləmə mexanimi düşünmürük. Çünki seçim hüququ vətəndaşın yanındadır. 300 dollar vətəndaşın hüququdur və bu həcmdə poçt göndərişləri vasitəsilə elektron ticarət imkanı əldə edir”.
S.Mehdiyev qeyd edib ki, təyin olunan limitdən artıq mal gətirilərsə, gömrük rüsumu və vergi ödənilməlidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol