• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank daha üç vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu

Unibank daha üç vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu
03.09.2020 15:17
Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank daha üç vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Leyla Əhmədova, Gülmira Daşdəmirova və Şahin Əsgərov özünüməşğulluq layihəsi çərçivəsində "Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.

Gülmira Daşdəmirova: "Bu layihə haqda eşidəndə gedib müraciət elədim. İllərdir bu işlə məşğul olsam da, avadanlıqlarım olmadığından və onları almağa imkanım çatmadığı üçün şəxsi salonumu qurmaq arzu olaraq qalırdı. Bu gün illərlə mənim üçün əlçatmaz olan bir arzuma çatdım. Çox sevincliyəm və bu işdə dəstək olan hər kəsə minnətdaram”.

Şahin Əsgərov: "Mənim bu işlə bağlı həmişə planlarım olub. Amma avadanlıqlar baha olduğu üçün arzumu reallaşdıra bilməmişəm. Sevinirəm ki öz işimi quracam, gəlirlərim artacaq. Layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.
 
Leyla Əhmədova: "Bu tarix hər zaman mənim üçün ən böyük arzumun həyata keçdiyi gün kimi yadımda qalacaq. Öz sevimli işimlə məşğul olacam, bundan gəlir götürəcəm. Bu çox gözəl hissdir. "Unibank”a da, bizə bu imkanı yaradan bütün təşkilatlara, şəxslərə də minnətdaram”.
 
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.
 
Unibank-hər kəsin bankı!
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol