• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “BirCode Camp” təcrübə proqramına başladı - FOTO

Kapital Bank “BirCode Camp” təcrübə proqramına başladı - FOTO
06.11.2020 11:04
Son illər ölkənin bank sektoru rəqəmsallaşmaya, informasiya texnologiyaları sahəsinin inkişafına böyük önəm verir. Artıq bir sıra bank əməliyyatları onlayn qaydada, bankın filiallarına gəlmədən həyata keçirilir. Təbii ki, müasir tendensiyalardan ölkənin birinci bankı olan Kapital Bank da geridə qalmır.

Bunun üçün də Kapital Bank-da artıq bir neçə ildir ki, IT üzrə müxtəlif təcrübə proqramları keçirilir və gənc mütəxəssislərin yetişdirilməsi üçün çox böyük işlər görülür.

Bir müddətdir ki, Kapital Bank informasiya texnologiya sahəsi ilə maraqlanan gənclər üçün "BirCode Camp” təcrübə proqramına qeydiyyatı açıq elan edib. 738 nəfər müraciət edən arasından 137 nəfərlə görüşlər keçirilib və onlardan yalnız 27 nəfər layihədə iştiraka uyğun görülüb. 2 noyabr 2020-ci il tarixində, İnsan Kapitalı Akademiyasında layihənin açılışı baş tutdu və "BirCode Camp” təcrübə proqramında iştirak etmək üçün seçilən potensiallı gənc İT mütəxəssislər layihənin təqdimatında iştirak edib, layihə haqda ətraflı məlumatlar əldə etdilər.  

Təqdimat zamanı Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova iştirak edirdi. Layihə çərçivəsində iştirakçılar, əməkdaşlarımızın mentorluğu ilə Front-end, Back-end, IOS və Android development sahələri üzrə bilik və təcrübə əldə edəcəklər. Bu müddət ərzində onlar həmçinin, Agile metodologiya ilə yaxından tanış olacaqlar.

"Hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank son illər ərzində əsasən IT sahəsinin inkişafına, bu sahəyə daha çox gəncin cəlb edilməsinə böyük diqqət ayırır. Biz həm ali məktəblərdən, həm də müxtəlif saytlarda, sosial şəbəkələrdə verdiyimiz elanlar əsasında müraciətləri araşdırıb, ən yaxşılarını təcrübə proqramlarına cəlb edirik. Əminəm ki, "BirCode Camp” layihəsi də gənclərimiz üçün uğurlu və gələcək karyeralarının qurulmasında faydalı olacaq”, - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol