• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank şəhid ailəsini himayəsinə götürüb

Unibank şəhid ailəsini himayəsinə götürüb
07.11.2020 17:20

Şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə bizi kövrəldən, cəsurluğu ilə qürurlandıran, qəhrəmanlığı ilə fəxarətləndirən Şahin Allahyarovla bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan fəxr edir. https://www.youtube.com/watch?v=A7zWJ9B1pF0

Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş şəhidimiz Quba rayonu, Zizik kənd sakini Allahyarov Şahin Hüseynbala oğlunun ailəsini himayəyə götürüb.  Unibank rəhbərliyinin bu qərarı haqda şəhidimizin ailəsinə məlumat verilib. Yaxın aylarda dünyaya gələcək, igid atasının adını daşıyacaq balaca Şahin 18 yaşınadək  Unibankın himayəsində olacaq. 18 il ərzində şəhid övladının aylıq təminat xərcləri və ali məktəbə qəbul olunduğu halda 4 illik universitet xərcləri bank tərəfindən qarşılanacaq. Ali məktəbi bitirdikdən sonra şəhid övladının istədiyi təqdirdə Unibankda işlə təminatı da həyata keçiriləcək.

Onlar Azərbaycan bütövləşsin, daha da qüdrətlənsin, torpaqlarımız işğaldan azad olunsun, bizlər, övladlarımız Vətənimizdə daha xoşbəxt yaşayaq deyə, Şəhid oldular. Onlar torpaqlarımıza sahib çıxdılar- biz bu torpaqlarda daha firavan yaşayaq deyə! Biz isə onların ailələrinə, övladlarına sahib çıxmalıyıq- onlar öz məzarlarında rahat uyusun deyə! Onlar öz qəhrəmanlıqları ilə bizə ölkəmizin ərazi bütövlüyünü miras qoyub gedirlər, bizim borcumuz qəhrəman şəhidlərimizin övladlarını atalarının miras qoyduğu azad, bütöv Azərbaycanda xoşbəxt, qayğısız yaşatmaqdır!

Rahat uyu şəhidimiz, uğruna canını fəda etdiyin xalqın daim ailənin, övladlarının yanında olacaq!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol