• $
  • €
  • ₽
  • ₺
  • £

“Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi neft tədarükünü bərpa edib

“Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi neft tədarükünü bərpa edib
13.11.2020 19:30
Dörd gün əvvəl plan üzrə dayandırılmış "Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi yenidən neftin tədarükünə başlayıb.

Anews.az-ın reporta istinadəən verdiyi xəbərə görə, bunu Rusiyanın "Transneft” şirkəti prezidentinin müşaviri və mətbuat katibi İqor Demin bildirib.
Onun sözlərinə görə, plana uyğun olaraq, bu gün Bakı vaxtı ilə saat 00:00-dan "Drujba” boru kəmərinin Mixalki-Brodı hissəsi avers rejiminə keçib.
"Drujba” boru kəmərinin bu hissəsi Ukraynanın "Yujnı” limanından Belarusun Mozır neft emalı zavoduna revers tədarükü üçün planlı şəkildə dayandırılmışdı. Belarusun "Naftan” və "Mozır” neft emalı zavodlarına neftin tədarükü ənənəvi olaraq "Drujba” boru kəməri ilə aparılır.
Ancaq 2020-ci ilin əvvəllərində Rusiya ilə münasibətlərdəki növbəti neft böhranı fonunda Belarus alternativ tədarük layihələrini həyata keçirmək niyyətində olduğunu bildirib.

Bu ilin birinci rübündə Rusiyadan neft tədarükü olmayıb və Belarus Norveç, Səudiyyə Ərəbistanı, ABŞ və Azərbaycandan alternativ olaraq tanker neftinin idxalına başlayıb.
"Belneftexim” konsernindən isə bildiriblər ki, bu boru kəməri Baltikyanı və Ukrayna limanlarından neft tədarükünü təmin edərək Belarusa alternativ neft idxalı logistikasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaya imkan verəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belarusa tədarük etdiyi neft Ukraynanın Odessa şəhərinin "Yujnı” limanından Odessa-Brodı boru kəməri ilə Kremençuq neft emalı zavoduna nəql edilir. Bu ilin sonuna qədər Azərbaycanın Belarusa 1 milyon ton neft tədarük edəcəyi gözlənilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol