• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Dəmir Yolları"nın zərəri 39% azalıb

"Azərbaycan Dəmir Yolları"nın zərəri 39% azalıb
13.11.2020 23:00
"Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ili 228,418 milyon manat zərərlə başa vurub.

Anews.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 38,6% azdır.

Ötən il ADY-nin əməliyyat gəlirləri 406,039 milyon manat (illik müqayisədə təxminən eyni), əməliyyat xərcləri 459,504 min manat (11,1% az), digər xərcləri 171,17 milyon manat (34% az), mənfəət vergisi ödəmələri isə 3,783 milyon manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 856,831 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,2% çoxdur. Bunun 4 127,678 milyon manatı qurumun əmlak, tikili və avadanlıqlarının dəyəridir. 2019-cu ildə bu rəqəm 18,25% artıb.

Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,9% azalaraq 2 978,916 milyon manata düşüb, balans kapitalı isə 54,4% artaraq 1 877,915 milyon manata çatıb.

 ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamıə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol