• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Kapital Bank “Sürətli tender” limitini bir qədər də artırdı

Kapital Bank “Sürətli tender” limitini bir qədər də artırdı
16.09.2021 11:07
Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün "Sürətli tender” məhsulunu təklif edir. Artıq bu məhsul üzrə banka müraciət edənlərə maksimal olaraq 100 000 AZN-dək limit təklif olunur.

Bununla da hüquqi şəxslər və sahibkarlar bank qarantiyası vermək üçün nəzərdə tutulan onlayn sürətli tender limitini həmin gün əldə edərək planlaşdırdıqları layihədə iştirak edə bilərlər.

"Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, "Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol