• $
  • €
  • ₽
  • ₺
  • £

“Antikorrupsiya idarəetmə sistemi” üzrə Azercell-in sertifikasiyası uğurla yenilənib

“Antikorrupsiya idarəetmə sistemi” üzrə Azercell-in sertifikasiyası uğurla yenilənib
17.11.2022 18:03
Ölkənin lider mobil operatoru "Azercell Telekom” növbəti dəfə  ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi” standartlarına üzrə resertifikasiya mərhələsindən müvəffəqiyyətlə keçərək növbəti dəfə uyğunluq sertifikatı ilə təltif olunub.  ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin 27-28 oktyabr 2022-ci il ərzində keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib. 

Xüsusi antikorrupsiya proqramı Azercell-də artıq uzun müddətdir ki, icra edilir. Proqramın əsas istiqaməti Azercell-in fəaliyyətinin aid olduğu bütün sahələrdə korrupsiyanın qarşısının alınmasına xidmət etmək, biznes etikası davranışının təbliğini, bu yöndə əməkdaşlar və biznes tərəfdaşları üçün təlimlərin təşkil edilməsidir. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes tərəfdaşlarının uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir. 

ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində  qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir. 

Uyğunluq standartı üzrə Sertifikat Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyevaya təqdim edilib. Ş.Əliyeva resertifikasiya mərhələsi zamanı şirkətdə  korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin ekspertlər tərəfindən yüksək qiymətləndirilməsini və Azercell-in ölkədə bu istiqamətdə uyğunluq sertifikatı alan ilk mobil operator olmasını da nəzərə çatdırdı. 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol