• $
  • €
  • ₽
  • ₺
  • £

Albaniya Azərbaycandan ildə 700 milyon kubmetr qaz almağı planlaşdırır

Albaniya Azərbaycandan ildə 700 milyon kubmetr qaz almağı planlaşdırır
06.02.2023 21:29
Bakı və Tirana Albaniyaya ildə 700 milyon kubmetr Azərbaycan qazının ixracı imkanları üzərində işləyir. Bu barədə Albaniyanın energetika və infrastruktur nazirinin müavini İlir Beytiya bildirib.

"Albaniya ərazisində ümumi tutumu 7,5 milyard kubmetr olan TAP qaz kəmərindən üç çıxış nöqtəsi var. Hazırda biz kəmərin qərb nöqtəsindən  700 milyon kubmetr  qazı alıb  Vlora şəhərində yerləşən  istilik elektrik stansiyasına (İES) ötürə bilərik. Bu  imkanlar üzərində işləyirik”, -  Beytia bildirib. 

Onun sözlərinə görə, İES əvvəlcə dizel yanacağı ilə işləmək üçün nəzərdə tutulub. "Hazırda onun təbii qaza keçirilməsi üzrə işlər gedir, lakin bu, uzun prosesdir”, - o əlavə edib.

"Biz həmçinin TAP qaz kəmərinin ölkəmizin qaz sisteminə daha yaxşı birləşdirilməsi üçün SOCAR ilə işləyirik. İnterkonnektorların tikintisi, eləcə də şərq bölgəsində, xüsusən də böyük Korca şəhərində qaz şəbəkəsini inkişaf etdirmək lazımdır. Bu, təbii qazdan elektrik enerjisi istehsal etmək, həmçinin qazdan əsas enerji mənbəyi kimi istifadə etmək üçün istifadə edilə bilən çox soyuq bir bölgədir. Biz SOCAR-dan texniki yardım alacağıq və ola bilsin, birgə fəaliyyət göstərəcəyik”, -nazir müavini bildirib.

Beitianın fikrincə, Albaniya Azərbaycanın Avropaya ixrac edəcəyi ikinci 10 milyard kubmetr həcmində olan TAP qaz kəmərini  ehtiyatda saxlamağı planlaşdırır.

"Beləliklə, biz Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən qazın istehlakçısına çevriləcəyimizi gözləyirik", - o deyib.

TAP qaz kəməri Azərbaycanın "Şahdəniz" yatağından onun işlənməsinin "Mərhələ-2"si çərçivəsində ildə 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. 2027-ci ilə qədər qaz kəmərinin ötürücülüyünün ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır.

2021-ci ildə Azərbaycan qazının Avropaya tədarükü 8,2 milyard kubmetr, 2022-ci ildə isə 11,4 milyard kubmetr təşkil edib. 2023-cü il üçün tədarüklərin təxminən 12 milyard kubmetr olacağı proqnozlaşdırılır.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol