• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell mobil texnologiyalar üzrə sənaye liderlərini Bakıda qonaq edəcək

Azercell mobil texnologiyalar üzrə sənaye liderlərini Bakıda qonaq edəcək
04.05.2023 17:09
Bakı "GSMA M360 Eurasia 2023” konfransının ev sahibi olaraq region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini bir araya toplayacaq. Bölgənin ən nüfuzlu texnoloji tədbiri 16-17 may tarixlərində "Four Seasons” mehmanxanasında baş tutacaq. Tədbirə qatılmaq istəyən texnologiya mütəxəssisləri  GSMA M360 Registration Page səhifəsində ödənişsiz əsaslarla onlayn qeydiyyatdan keçərək rəqəmsal dəvətnamələrini əldə edə bilərlər. 

Tədbir sənayenin əsas tendensiyalarını və mühüm çağırışlarını müzakirə etmək üçün əla platforma olacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek,  kibertəhlükəsizlik kimi bir sıra aktual  mövzuları əhatə edəcək. Tədbirin gündəliyi ilə GSMA M360 Agenda səhifəsində tanış olmaq mümkündür. 
 
"GSMA M360 EURASIA 2023” konfransı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək. Tədbirin  baş sponsoru qismində Azercell çıxış edəcək. 

Tədbir haqqında daha ətraflı məlumat üçün https://www.mobile360series.com/eurasia  səhifəsinə keçid etmək xahiş olunur. 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol