• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa Avropa şirkətlərinin cəlb edilməsi müzakirə olunub - FOTO

Qarabağa Avropa şirkətlərinin cəlb edilməsi müzakirə olunub - FOTO
30.05.2023 21:24
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirin birinci müavini ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb, tərəflər arasında münasibətlərin artan dinamikasında ticarət və investisiya sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının, xüsusilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir. Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, "yaşıl” və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından önəm kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülmüş işlərlə bağlı məlumat verilib.

Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyətinin rəhbəri Kiara O Brayen Aİ-Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes və investisiya mühitindən məmnunluğunu ifadə edib. Xanım O Brayen Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının Aİ şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib. 

Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Saziş layihəsinin Ticarət hissəsi və Avropa İnvestisiya Planının icrası ilə bağlı təqdim ediləcək layihə təkliflərinin cari vəziyyəti, Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda icrası, bərpaolunan enerji mənbələrinə, texnologiyaya və "yaşıl” keçid sahələrinə investisiyalar, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə Avropa şirkətlərinin cəlb edilməsi, qeyri-neft sektorunun diversifikasiyası ilə bağlı aparılan islahatlar və digər məsələlər barədə İşçi Qrupunun nümayəndələri tərəfindən ünvanlanmış suallar cavablandırılıb.

Tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən "Azərbaycanda investisiya imkanları” və KOBİA-nın fəaliyyəti ilə bağlı təqdimatlar edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol