• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bankların əmlakı hərraca çıxarılır

Azərbaycanda bankların əmlakı hərraca çıxarılır
08.07.2023 16:40
İyulun 20-də "Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan "Texnikabank”, "AGBank” və "Qafqaz İnkişaf Bankı” ASC-lərin, eləcə də "Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ADIF) xəbər verir.

Məlumata görə, söhbət "Texnika Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 85v ünvanında yerləşən 130,8 kv.metrlik fərdi yaşayış evindən, "AGBank”a məxsus Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 21 ünvanında yerləşən 65,2 kv.metrlik mənzildən, "Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsindən və "Bank Standard”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 261, b4 ünvanında yerləşən 44,2 kv.metrlik mənzildən gedir. "Texnika Bank”ın əmlakına 42 min manat, "AGBank”ın əmlakına 22 min manat, "Qafqaz İnkişaf Bankı”nın əmlakına 3 milyon manat, "Bank Standard”ın əmlakına isə 45 min manat qiymət qoyulub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol