“Azərsığorta”nın lisenziyası ləğv edilib

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və "Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il yanvarın 31-də Fərman imzalanıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb
Fərmanda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2024-cü il 14 fevral tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 2009-cu il 14 oktyabr tarixli, 000270 nömrəli lisenziya ləğv edilib.
www.anews.az
Son xəbərlər
Daha çox 