• $
  • £

Apreldə inflyasiya 0,7% təşkil edib - Rəsmi

Apreldə inflyasiya 0,7% təşkil edib - Rəsmi
13.05.2024 14:49
Apreldə inflyasiya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunub. 
 
"2024-cü ilin aprelində istehlak qiymətləri indeksi 2023-cü ilin aprelinə nisbətən 100,0 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib. 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz təşkil edib", - məlumatda deyilir. 
 
2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1% təşkil edib.
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

Dünya Bankının hesabatına görə, 2023-cü ildə ÜDM-in illik artım faizi Azərbaycanda 1,5%, Ermənistanda 7,1% , Gürcüstanda isə 6,5% olub.
 
Eyni zamanda hesabatda, 2025-ci ildə Azərbaycanda ÜDM-in artım tempinin 2,5%, Ermənistan və Gürcüstanda 4,5% olacağı  proqnozlaşdırılır.

Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
İqtisadiyyat 11:37
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan
artıq hamıya əlçatandır!
İqtisadiyyat 11:20
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
Bakıda vətəndaşlar yanvarda restoranlara 117 milyon manat xərcləyib
İqtisadiyyat 10:51
Bakıda vətəndaşlar yanvarda restoranlara 117 milyon manat xərcləyib
Bakıda pərakəndə ticarət dövriyyəsi yanvarda 4,3% artıb
İqtisadiyyat 10:42
Bakıda pərakəndə ticarət dövriyyəsi yanvarda 4,3% artıb
Bakıda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 10:34
Bakıda orta aylıq əməkhaqqı artıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro ucuzlaşıb,rubl bahalaşıb - məzənnə
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
İqtisadiyyat 10:02
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək
"Brent" neftin qiyməti 118 dolları ötüb
İqtisadiyyat 09:36
"Brent" neftin qiyməti 118 dolları ötüb

Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İqtisadiyyat 15:14
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol