• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Keyfiyyətli qəndi necə tanıyaq? - Sağlam Qida mütəxəssisi tərəfindən rayonlarda maarrifləndirmə kampaniyası

Keyfiyyətli qəndi necə tanıyaq? -  Sağlam Qida mütəxəssisi tərəfindən rayonlarda maarrifləndirmə kampaniyası
14.06.2024 15:53
Keyfiyyətli qəndi necə tanıyaq? -  Sağlam Qida mütəxəssisi tərəfindən rayonlarda maarrifləndirmə kampaniyası

Bildiyimiz kimi insanların gündəlik həyatında istehlak olunan əsas ərzaq məhsullardan biri də şəkər məhsullarıdır.

Şəkər və ya qənd kimi qida məhsullarını istehsal edən müəssisələrdə tətbiq olunan hər cür texniki və texnoloji proseslərin tələb olunan standartlara uyğun olması və müvafiq dövlət orqanlarının bu sahələrə nəzarət etməsi ilə yanaşı, sahibkarlar və mağaza rəhbərləri də bu məhsullarla bağlı kifayət qədər maariflənməlidirlər. 

Öz araşdırmalarını bu istiqamətdə davam etdirən Sağlam Qida mütəxəssisi Məhsəti Hüseynova daxili bazarda satışa çıxarılan qənd məhsullarının keyfiyyəti ilə bağlı istehlakçıları və müştəriləri intensiv məlumatlandırır.

Bundan əvvəl qənd məhsullarını istehsal edən müəssisələrin dövlət standartlarına və lazımi texnoloji qaydalara uyğun istehsal proseslərini araşdıran, ictimai iaşə obyektlərində və pərakəndə sektorda istifadə olunan məhsulların tərkibi və keyfiyyəti ilə bağlı faydalı məlumatları istehlakçılara çatdıran mütəxəssis bu dəfə üzünü sahibkarlara və mağaza rəhbərlərinə tutub.


Sağlam Qida mütəxəssisi Gəncə və Lənkəran rayonlarında fəaliyyət göstərən supermarket, iri mağaza və topdansatış obyektlərini gəzərək, müvafiq şəxsləri qənd məhsullarının keyfiyyəti, onların alışı və satışı  zamanı nələrə diqqət olunması və keyfiyyətsiz qəndlərin necə müəyyən edilməsi ilə bağlı məlumatlandırmaq və onların bu barədə fikirlərini öyrənmək məqsədilə maraqlı müsahibələr təşkil edib.


Belə ki, hazırda satışda olan bəzi qənd məhsullarının tərkibində süni ağardıcı və sərtləşdirici maddələrin olması insanların sağlamlığı üçün xüsusi təhlükə törədir. 


Buna qarşı istehlakçıların və müştərilərin, həmçinin sahibkarların da çox diqqətli olmaları, alqı-satqı zamanı qənd məhsulları barəsində kifayət qədər məlumatlı olmaları çox əhəmiyyətlidir. 

Sağlam Qida mütəxəssisi Məhsəti xanım qənd məhsulları ilə bağlı bundan öncə AQTA tərəfindən aparılan monitorinqlərin nəticələri, tərkibində kimyəvi qatqılardan çox istifadə edilən müəyyən marka və məhsulların dövriyyədən çıxarılması və satışına qadağa qoyulması ilə bağlı sahibkarları və mağaza rəhbərlərini bir daha məlumatlandırıb.
 
Sağlam Qida mütəxəssisi keyfiyyətli və keyfiyyətsiz, həmçinin tərkibində süni ağardıcıların çox olduğu məhsulu təbii məhsuldan necə fərqləndirməyin qaydasını, qanunvericilikdə nəzərdə tutulan əmtəə markalanma və qida təhlükəsizliyi tələblərini ticarət nümayəndələrinə izah edib.

Məhsəti Hüseynova bu məqsədlə İmişli Şəkər Zavodunda istehsal olunan AzərŞəkər qəndlərini istehlakçılara tövsiyə edərək bildirib ki, bundan əvvəl o zavodda olmuş və ordakı istehsal şəraitini müşahidə etmişdir.

Sözü gedən zavodda məhsul istehsal edərkən onun tərkibinə hər hansı bir ağardıcı qatqı və ya qoruyucu qatılmır və məhsul tam təbii şəkildə istehsal olunur. 

Bu səbəbdən AzərŞəkər qəndlərinin üzərində "qatqı və ağardıcı yoxdur” mesajı da qeyd olunur. Həmçinin , məhsulun tərkibi ilə bağlı bütün çeşidlərin üzərində ətraflı məlumat öz əksini tapır.


Bu kimi maarrifləndirmə tədbirlərini daim dəstəkləyən, milli və etibarlı marka kimi ölkəmizdə kifayət qədər tanınan və sevilən AzərŞəkər markası təmsil etdiyi bütün məhsulların, xüsusilə də qənd məhsullarının tərkibində hər hansı kimyəvi qatqı və ağardıcının olmaması ilə daim istehlakçıların qayğısına qalır. 


Bu nüansı sahibkar və mağaza rəhbərləri da nəzərə alaraq, insanlara daim sağlam və keyfiyyətli qənd məhsullarının satışını həyata keçirməklə, onlara daha etibarlı xidmət edə bilərlər.
  
Videonu izləmək üçün keçid edin:
https://www.youtube.com/watch?v=n897l6hmt_Y

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
İqtisadiyyat 17:30
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol